ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra Aİ ölkələri kədərin beş mərhələsini keçdi: inkar, qəzəb, sövdələşmə, depressiya və qəbul.
Bu barədə ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder “Politico” nəşrinə yazdığı məqalədə yazıb.
“ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Avropa yavaş-yavaş, lakin şübhəsiz ki, beş kədər mərhələsini keçdi. Nəhayət, transatlantik münasibətlərin itirilməsi ilə barışmaq üçün tam bir il lazım oldu. İndi sual ondan ibarətdir ki, blokun 2026-cı ildə bu tanınmasını real fəaliyyətə çevirmək üçün iradə və gücü varmı”, – keçmiş səfir vurğulayıb.
Daalerin fikrincə, Trampın yenidən seçilməsi və andiçmə mərasimi ABŞ-ın 75 il ərzində “azad dünyanın şəksiz lideri” olduğu, Amerika liderlərinin isə Avropa ilə münasibətləri “qlobal əlaqənin mərkəzinə” qoyduğu “Pax America” dövrünün sonu oldu.















