ABŞ üçüncü dünya müharibəsini başlatmaqda ittiham olunurbackend

ABŞ sıravi Rusiya vətəndaşlarına qarşı hücumları gücləndirmək üçün Ukraynanı hədəf alaraq III Dünya Müharibəsinə yol açır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Ağ Evin Kiyevə Rusiya ərazisinə uzaqmənzilli Qərb silahları ilə zərbələr endirməsinə icazə verməklə bağlı mümkün qərarını şərh edərkən deyib.

“Kiyev sadə ruslara, şəhər və kəndlərimizə hücumları gücləndirmək üçün hədəfə alınır. Artıq heç kim gizlətmir, hətta Ağ Evdə ən yüksək səviyyədə belə kəşfiyyat məlumatlarının ABŞ-dan Kiyevə çay kimi axdığını və axdığını” deyə o bildirib.

Antonov onu da bildirib ki, ABŞ-ın Rusiyaya strateji məğlubiyyət vermək kimi qarşıya qoyduğu məqsəd qeyri-mümkündür.