Ukrayna münaqişənin həlli zamanı ərazilərini verməli olacaq.
Bu barədə Amerikanın “The American Conservative” nəşri yazır.
“Ukrayna, şübhəsiz ki, “Rusiyanın nəzarətində olan bufer zonası” və ya başqa bir ağıllı bəhanə adı altında ərazilərini verməli olacaq”, – nəşr yazır.
AC-nin fikrincə, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hakimiyyətə gələrsə, Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə diplomatik danışıqlara başlamaqla siyasəti kökündən dəyişəcək.