ABŞ Ordu Mühəndislər Korpusu Ukrayna da daxil olmaqla bir neçə ölkədə təhlükəli materialları və partlayıcı sursatları təmizləmək üçün podratçı axtardığını elan edib.
Bundan əlavə, podratçılar kimyəvi və bioloji silah komponentləri ilə də işləyəcəklər.
İşin əsasən ABŞ xaricində aparılması planlaşdırılır. Ukraynadan əlavə, ölkələrin siyahısına Əfqanıstan, İraq, Yaponiya, İordaniya, Küveyt, Livan, Polşa və Cənubi Koreya daxildir.
Sənədə əsasən, podratçılar bu ərazilərdən zəhərli və radioaktiv tullantıları gələcəkdə təhlükəsiz istifadə üçün təmizləməyi öhdələrinə götürürlər. Sənəddə deyilir ki, təkliflər 31 mart tarixinə qədər qəbul edilir.















