ABŞ Ukraynanı NATO sammitində görmək istəmirbackend

“Politico”nun adı açıqlanmayan diplomatlara istinadən verdiyi məlumata görə, ABŞ digər NATO üzv ölkələrinin Ukraynanı qarşıdan gələn Şimali Atlantika Alyansı sammitində rəsmi görüşlərə dəvət etməsini istəmir.

Mənbələrə görə, Vaşinqton müttəfiqlərinə təzyiq göstərməyə çalışır.

Məqalədə deyilir: “ABŞ müttəfiqlərinə Ukraynanı və Hind-Sakit Okean bölgəsindəki dörd rəsmi NATO tərəfdaşını – Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyanı Türkiyədəki sammitdə rəsmi görüşlərə dəvət etməmələri üçün təzyiq göstərir”.

Lakin, bu ölkələrin hələ də əlavə tədbirlərə dəvət oluna biləcəyi aydınlaşdırılır.