ABŞ Ukraynanı realist olmağa çağırıbbackend

ABŞ Rusiya və Amerika prezidentləri arasında danışıqlar ərəfəsində Ukraynanı öz döyüş qabiliyyətini və arsenalını qiymətləndirməyə real yanaşmağa çağırıb.

Bu barədə adı açıqlanmayan amerikalı məmura istinadən “Politico” qəzeti yazıb.

Qeyd olunur ki, ABŞ administrasiyası Ukraynanın praqmatik yanaşmaya keçməsinin tərəfdarıdır. Eyni zamanda məqalə müəllifi belə bir fikir irəli sürür ki, Kiyev hələ də ABŞ prezidenti Donald Trampı Rusiya Federasiyası ilə danışıqlarda öz “qırmızı xətlərini” dəstəkləməyə inandırmağa çalışır.