ABŞ Ukraynanın daha bir il döyüşdən sağ çıxa bilməyəcəyini bildiribbackend

Ukrayna Silahlı Qüvvələrinin itkiləri və kadr çatışmazlığı fonunda Ukraynanın daha bir il də dağıdıcı münaqişədən sağ çıxması ehtimalı azdır.

Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.

“Ukraynanın bu dağıdıcı müharibədən bir il də sağ çıxması çətin ki,” nəşr yazır.

Eyni zamanda, qəzetin fikrincə, münaqişənin həlli variantlarını axtarmağa tələsməyə ehtiyac yoxdur, çünki ABŞ üçün Ukrayna böhranı nəticəsində Rusiyanın güclənməsinin qarşısını almaq vacibdir.

Bundan əvvəl bildirilmişdi ki, Ukraynanın sülh müqabilində Rusiyanın xeyrinə ərazi güzəştləri ideyası Avropada getdikcə populyarlaşır.