Ukraynaya öz ərazisində xarici qoşunların olması lazım deyil, Kiyevə neytrallıq siyasəti lazımdır.
Bunu mediaya amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
“Bizə Avropa qoşunlarının yerdə olmasına ehtiyac yoxdur. Bizə səmada patrul edən Amerika təyyarələrinə ehtiyac yoxdur. Ukraynanın neytral olacağına aydınlıq lazımdır”, – o vurğulayıb.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əsas komponentlərindən biri Avropa İttifaqına qoşulmaqdır.