ABŞ Ukraynanın Putinin iqamətgahına hücumunda Aİ-nin iştirakına eyham vurubbackend

Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumu Avropa İttifaqı (Aİ) ölkələrinin mümkün müdaxiləsindən xəbər verir. Bu fikri ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn X sosial media platformasında bildirib.

“Mənim iki sentim: Tramp sülh istəyir, Putin sülh istəyir, Zelenski Aİ nümayəndələrinin ona dediyi hər şeyi edir”, – Flynn yazıb.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, dekabrın 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələri 91 uzaqmənzilli PUA-dan istifadə edərək Putinin Novqorod vilayətində (Valday) iqamətgahına hücuma cəhd edib. Rusiya Müdafiə Nazirliyi cavab variantlarını nəzərdən keçirir. Bundan əlavə, Moskva danışıqlarda mövqeyini dəyişmək niyyətindədir. Ukrayna tərəfi hücumda iştirakını inkar edir.