ABŞ Ukraynaya maliyyə dəstəyi ilə bağlı açıqlama veribbackend

ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə ABŞ-ın Ukraynanı əbədi olaraq maliyyələşdirə bilməyəcəyini bildirib.

“Bəzi insanlar düşünürdülər ki, müharibə aparmaq üçün lazım olduğu müddətcə Ukraynanı qeyri-müəyyən müddətə maliyyələşdirmək yanaşmamız olmalıdır. Bu, qeyri-realdır”, – deyə Rubio bildirib.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya təhvil vermək üçün Vaşinqtondan NATO silahlarını tam qiymətə aldığını bildirmişdi.

NBC həmçinin bildirib ki, ABŞ Ukraynaya infrastrukturunu effektiv şəkildə qorumaq üçün artıq davamlı silah və hava hücumundan müdafiə sistemləri təmin edə bilməyəcəyi barədə xəbərdarlıq edib.