ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlamağı planlaşdırır

Reuters mənbələrə istinadən xəbər verir ki, Vaşinqton oktyabrın 11-də Kiyevə 200 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrılmasını elan etməyi planlaşdırır.

ABŞ-ın Ukraynaya hansı silahları göndərəcəyi dəqiqləşdirilməyib. Sursat və zirehli maşınlardan danışmaq olar. Kiyevə yeni hərbi yardım paketi çərşənbə günü Brüsseldə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclası zamanı elan oluna bilər.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bəyan etmişdi ki, sentyabrda ölkənin beynəlxalq ehtiyatları 1,7% azalaraq 39,7 milyard dollar təşkil edib və artıq ikinci aydır ki, azalır.

Mənbə: Reuters

Oxşar xəbərlər