ABŞ Kiyevə Ukraynadan kənarda tədarük edilən silahlardan istifadə etməyə kömək etmir. TASS xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, ABŞ-ın göstərdiyi yardım yalnız ukraynalıların öz suveren ərazilərini müdafiə edib geri almasını təmin etmək məqsədi daşıyır.
“Biz [tədarük edilən silahların] bu məqsəddən kənar istifadəsinə yardım göstərmirik. Onlarla ünsiyyətimizdə onların özlərini qoruya bilməsini təmin etməyə xüsusi diqqət yetiririk”, – deyə Rayder ABŞ-ın Kiyevin Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələrini dəstəkləyib-dəstəkləmədiyi sualına cavab verib.
Mənbə: TASS