RİA Novosti agentliyinin məlumatına görə, Amerika şirkətləri olan Rada Technologies və Echodyne, Ukrayna üçün radar sistemlərinin və uzun mənzilli radarların təchizatı və texniki xidməti üçün ABŞ Dövlət Departamentindən 25,5 milyon dollarlıq müqavilə alıb.
Martın 5-də imzalanan müqavilələr “Ukraynada avadanlıq təchizatı və əlaqəli dəstək xidmətləri” üçün sabit qiymətli müqavilələrdir.
Echodyne ilə müqavilənin dəyəri 14,98 milyon dollar təşkil edir və 360 dərəcə əhatə dairəsinə malik dörd panelli taktiki radar sistemlərinin təchizatını əhatə edir.














