ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurmağa başlayıbbackend

ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının hədəflərinə zərbələr endirməyə başlayıb, “Al Hadath” telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, Yəmənin qərbində yerləşən Hudeyda liman şəhəri yaxınlığında husilərin mövqeləri hücuma məruz qalır.

Qeyd edildiyi kimi, onlara Qırmızı dənizdən hücum edilir.

Mənbə: TASS