Oktyabrın 26-28-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar keçiriləcək.Bu barədə TASS Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
Bəyanatda qeyd edildiyi kimi, “ABŞ-Çin münasibətlərini məsuliyyətlə idarə etmək” və açıq ünsiyyət kanallarını saxlamaq üçün davam edən səylərin bir hissəsi olaraq
Blinken və Vanq Yi bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, Birləşmiş Ştatlar ballistik raketlərin istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərini güman edərək, üç Çin şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib.
Mənbə: TASS

