ABŞ və İran Norveçdə nüvə danışıqları apara bilərbackend

Axios öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Steve Witkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün gələn həftə Osloda görüşə bilərlər.

Nəşr iki məlumatlı həmsöhbətinə istinadən yazır: “Prezidentin xüsusi elçisi Stiv Vitkoff nüvə danışıqlarını bərpa etmək üçün Osloda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirməyi planlaşdırır”.

Qeyd olunur ki, görüşün tarixi hələ müəyyən edilməyib və tərəflərdən heç biri danışıqlarda iştirak etmək niyyətini açıq şəkildə təsdiqləməyib.