ABŞ və Venesuela Karib dənizində GPS siqnallarına müdaxilə edirbackend

“The New York Times” (NYT) qəzetinin məlumatına görə, ABŞ və Venesuela hərbçiləri Karib dənizində qlobal naviqasiya peyk sistemini (GPS) bloklayırlar.

Nəşr yazır ki, iki ölkənin hərbçiləri GPS və ya digər naviqasiya sistemləri vasitəsilə hədəfə alına bilən dronlar və ya dəqiq idarə olunan sursatların potensial hücumlarına müdaxilə edirlər.

Müdaxilə həmçinin bölgədə mülki hava və dəniz səyahətlərinə mane olur.