Amerika Birləşmiş Ştatları Venesuelada hakimiyyəti dəyişdirmək üçün hərbi gücdən istifadə etməyi planlaşdırmır. Bu barədə ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Amerikanın ispandilli Telemundo telekanalına müsahibəsində bildirib.
Harris deyib ki, ABŞ “orada ABŞ hərbi qüvvələrini istifadə etmək niyyətində deyil”, lakin “sabit durmalı və bu seçkidə ifadə edilən xalqın iradəsinə hörmət etməlidir”.
O qeyd edib ki, Venesuelaya qarşı sanksiyalar da xalqın iradəsinə hörmət məqsədilə tətbiq edilib.
Mənbə: TASS















