ABŞ vitse-prezidenti J.D.Vansın qayınanası Lakshmi Çilukuri kürəkəni və ABŞ lideri Donald Trampın qarşı çıxdığı müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətini təbliğ edir. Bu barədə CBS telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Çilukuri San Dieqodakı Kaliforniya Universitetinin Altıncı Kollecinin prorektorudur.
“Çilukuri biologiya və tibbdə irq, etnik mənsubiyyət və gender üzrə pilot kursun yaradılmasına kömək etdi… və məktəbinin müxtəlifliyə sadiqliyi haqqında qürurla yazdı”, – məqalədə qeyd olunur.