NHK xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Yaponiyadan gələn avtomobillərə tətbiq edilən rüsumları azaldıb.
“Avtomobillərin tarifi 27,5%-dən 15%-ə endirilib”, – məlumatda deyilir.
Məqalə müəllifləri bunun istehsalçılar üçün hələ də ağır yük olacağını qeyd ediblər.
Bu ilin aprel ayında ABŞ yerli sənayeni qorumaq üçün idxal olunan avtomobillərə əlavə 25% rüsum tətbiq edib. Bu, ümumi tarif dərəcəsini 27,5%-ə çatdırıb.