ABŞ Yaşıl Kart Lotereyasında iştirak etmək üçün yeni qaydalar müraciət edərkən pasportun surətini yükləməyi tələb edir.
Bu barədə Dövlət Departamentinin bildirişində bildirilib.
Sənəddə deyilir: “Bu qayda lotereya üçün müraciət prosesində dəyişiklik edir. Müraciət edənlərdən məhdud istisnalar olmaqla, etibarlı pasportdan məlumat təqdim etmələri və bioqrafik məlumatların və imza səhifəsinin skan edilmiş surətini onlayn ərizə formasına yükləmələri tələb olunur”.
Dəyişikliklər təhlükəsizliyi artırmaq və saxtakarlıq təcrübələrinin qarşısını almaq məqsədi daşıyır. Qayda 10 apreldə qüvvəyə minir və qalibləri gələn il yaşıl kart almaq hüququ qazanacaq lotereyaya şamil edilir.















