ABŞ Yəməndə husilərə məxsus raketi məhv edibbackend

ABŞ ordusu Yəmən ərazisinə hücum edib. Bu barədə idarə X sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Yanvarın 31-də, Səna vaxtı ilə təxminən saat 15:30-da CENTCOM qüvvələri buraxılmağa hazır olan Husilərin yer-hava raketini vuraraq məhv edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərindən atılan raketin Amerika təyyarələri üçün təhlükə yaratdığını müəyyən edib.

Mənbə: Lenta.ru