ABŞ Senatı 12-ci dəfədir ki, ABŞ hökumətinin bağlanmasına son qoymaq üçün qanun layihəsini qəbul edə bilməyib. Sessiya C-Span tərəfindən yayımlanıb.
Qeyd olunur ki, Respublikaçılar Partiyasının hökumətin maliyyələşdirilməsini davam etdirməsinə dair qanun layihəsi yenə də tələb olunan 60 səsi toplaya bilməyib.
Nümayəndələr Palatasının sədrinin sözlərinə görə, ABŞ hökumətinin hazırkı bağlanması Amerika tarixində ikinci ən uzun müddətdir. 35 gün davam edən əvvəlki, Donald Trampın ilk prezidentlik dövründə baş verib. 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinədək davam etdi.












