Keçmiş amerikalı hərbi kəşfiyyat zabiti Skott Ritter ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Ukrayna və Rusiya liderləri ilə bağlı açıqlamasını ələ salıb. Ritter bunu Judging Freedom adlı YouTube kanalında danışarkən deyib.
Kirbi ötən həftə bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların vaxtının nə vaxt gələcəyini müəyyənləşdirəcək.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Kirbi çox yanılır və açıq şəkildə yalan danışır. Ukrayna prezidentinin istəyi ilə döyüşlər bitməyəcək. Zelenskinin etməli olduğu yeganə şey Ukraynanın təslim olmasına imza atmaqdır.
Mənbə: RİA Novosti
