“Abşeron A1” MTK-dan açıqlama: “Şikayətçinin adına heç bir rəsmi ödəniş qəbzi yoxdur!backend

Bakı şəhəri, Nərimanov rayonu R.Axundov küçəsi ev 43, mənzil 12-də yaşayan Sevil Nəsirova “Abşeron A1″MTK tərəfindən aldadıldığını iddia edir.

İctimai.az Yenigundem.az-a istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün “Yeni Gündəm” “Abşeron A1” MTK -nın ofisində oldu və şikayətçi Sevil Nəsirovanın sözlərinə cavab olaraq şok iddialarla qarşılaşdıq. Beləliklə, MTK-nın keçmiş sədri haqqında bəzi faktlar ortaya çıxdı.

Şirkət rəsmisi Etibar Ağayevin sözlərinə görə, şikayətçinin bağladığı müqavilə və iddialar tamamilə əsassızdır. Çünki, sözügedən müqavilə və ödənişlər şirkət xaricində baş verib.
“Bizim şirkətdə gedən bəzi dəyişikliklərdən sonra şəffaflığımız və sakinlərə göstərdiyimiz yüksək xidmətlə seçilən şirkətlərdən olmuşuq. Abşeron A1 MTK-da aparılan ən cüzi miqdarlı prosedurlar belə Maliyyə Şöbəsi və Xəzinədarlıq tərəfindən qəbz vasitəsilə qeydə alınır. Lakin Sevil Nəsirova bizim şirkət daxilində heç bir müqavilə bağlamayıb və iddia etdiyi ödənişlərin Maliyyə Şöbəsində heç bir qeydiyyatı yoxdu.
Sevil Nəsirovanın keçmiş sədr Ağamoğlan Ağayevlə bağladığı müqavilə və etdiyi ödənişlər şirkətdən kənarda olub. Bəlkə də sonra bəzi problemlər yaranıb və Sevil xanım evdən uzaqlaşdırılıb. Bunu biz tam dəqiqliklə deyə bilmərik. Çünki əlimizdə bununla bağlı rəsmi sübut yoxdu. Şirkətin təhvil-təslimi zamanı Sevil Nəsirova adına heç bir ödəniş qəbzinə rast gəlməmişik.
Ancaq onu dəqiqliklə deyə bilərik ki, hüquqi müstəvidə müqavilə bağlayan keçmiş sakinlər hal-hazırda hər ay ödənişləri rəsmi qaydada həyata keçirirlər və hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.” – deyə Eytibar Ağayev sözlərinə əlavə edib.

Sözügedən şikayət haqqında ətraflı məlumat üçün (LİNK)