Abşeron çimərliklərinə üz tutmaq istəyənlərin nəzərinəbackend

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 19-da çimərliklərdə cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.