Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində balıqların tələf olunması ilə bağlı açıqlama verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Məlumatda qeyd olunub ki, hadisə yerinə baxış keçirilib, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb:
“Eyni zamanda, balıq nümunələri də toplanaraq laborator müayinəyə təqdim edilib. Hazırda müvafiq monitorinqlər aparılır, səbəblərin müəyyənləşdirilməsi istiqamətində birgə araşdırmalar davam etdirilir”.














