Abşeronda azyaşlı müəmmalı şəkildə ölübbackend

Abşeronda azyaşlı müəmmalı şəkildə ölüb.

İctimai.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Qəsəbə sakini olan 8 yaşlı Heydər Qurban oğlu Talıbzadə yaşadığı evdə qəflətən ölüb. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.