Abşeronda məktəbdə yanğın olubbackend

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub.

İctimai.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.