Abşeronda qadın əşyaları eyvandan həyətə atır – FOTO/VİDEObackend

Abşeronda qadın evdəki əşyaları eyvandan həyətə atır.

Oxu.Az-ın məlumatına görə, hadisə Abşeronda Gənclər şəhərciyində baş verib.

Məlumata görə, çoxmərtəbəli binada yaşayan qadın evdəki əşyaları küçəyə ataraq binanın yaxınlığından keçən şəxslərə təhlükə yaradır.

Hadisə şahidlərinin sözlərinə görə, bu gün qadının atdığı əşyalardan biri kiminsə üzərinə düşüb və əraziyə aidiyyəti üzrə polis əməkdaşları çağrılıb.

İlkin məlumatlara görə, qadının ciddi psixi problemləri var. Qadın binaya yaxınlaşanları övladlarını pəncərədən atmaqla hədələyir.