Abşeronda toy məclisinə görə 18 000 manatlıq cərimə – FOTO/VİDEObackend

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb.

Xüsusi karantin rejiminin qaydalarını pozan restoranın icarədarı 5 000 manat məbləğində cərimə edilib. Eləcə də, toyda iştirak edən 65 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri 200 manat məbləğində cərimələnib.