Abşeronda yaşayış binasındakı güclü yanğının başlamasının ilkin səbəbi bilindibackend

Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

“Yanğın iki saata yaxındır davam edir. Yanğın binadakı şaxtada başlayıb, dam örtüyünə və birinci mərtəbədə olan obyektə keçib”.

FHN əməkdaşlarının verdiyi məlumata görə, söndürülmənin uzanmasına səbəb yanğının miqyasının böyük olmasıdır. Küləkli hava şəraiti də yanğının söndürülməsinə mane olur.

Binada 42 mənzil var. Sakinlər təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur.

Binanın sakini Pərviz İmanov bildirib ki, ilkin məlumata görə, binanın beşinci mərtəbəsindəki elektrik şəbəkəsində baş verən nasazlıq yanğına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, qurum tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə nazirliyin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.