Abxaziya naziri Teymuraz Xişba ölkədəki bütün çimərliklərin müvəqqəti bağlanmasını təklif edib, RİA Novosti respublikanın Turizm Nazirliyinə istinadən xəbər verir.
“Hava şəraiti ilə əlaqədar olaraq bütün çimərliklərin bir müddət bağlanmasını zəruri hesab edirəm <…> Biz bütün mümkün vasitələrlə insanların bir neçə gün dənizdə çimməsinin qarşısını almalıyıq”, – Xişba bildirib.
Onun sözlərinə görə, ölkə sakinlərinin və qonaqların təhlükəsizliyini təmin etmək üçün belə tədbirlər görülməlidir.
Mənbə: RİA Novosti

