Abxaziya respublikada keçirilən etiraz aksiyaları zamanı Rusiyadan hərbi və ya diplomatik yardım istəməyib.
Bunu RİA Novosti-yə müsahibəsində ölkənin eks-prezidenti Aslan Bjaniya deyib.
O, Rusiya tərəfinin vəziyyətlə maraqlandığını vurğulayıb. Bjaniya əlavə edib ki, respublikada baş verənlər barədə Moskvanı məlumatlandırıb.
Aslan Bjaniya 2020-ci ildən ölkəyə rəhbərlik edir. Onun sələfi Raul Khadjimba lideri Bjaniya olan müxalifətin tələbi ilə istefa verib.
Noyabrın 19-da Abxaziya parlamenti prezidentin istefasına səs verib. Hazırkı vitse-prezident Badra Qunba dövlət başçısının səlahiyyətlərini icra edən təyin edilib. Valeri Bqanba baş nazirin səlahiyyətlərini icra edirdi.