“AccessBank” “Qızıl Şans” lotereyasının ilk tirajının qaliblərini elan edibbackend

“AccessBank” “Qızıl Şans” lombard lotereyasının ilk tirajının qaliblərini açıqlayıb.

Avqustun 8-i saat 15:00-da keçirilən tirajda 3000-ə yaxın yeni və aktiv lombard kredit müştərisi iştirak edib. Təsadüfi seçim əsasında 12 qalib müəyyən olunub. Qaliblərdən biri 50 qramlıq, ikisi 30 qramlıq, üçü 20 qramlıq, altısı isə 10 qramlıq qızıl külçənin sahibi olub. Qaliblərə mükafatlar gələn həftə ərzində təqdim ediləcək və ictimaiyyətə ayrıca məlumat veriləcək.

Qeyd edək ki, tirajlarda yalnız 2025-ci il 17 aprel – 15 avqust tarixləri arasında (I tiraj) və 2025-ci il 16 avqust – 19 dekabr tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1000 manat məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilir. “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cü bəndinə edilən dəyişikliyə görə qaliblər “.Net” proqramı vasitəsilə seçilir.

Növbəti tiraj 26 dekabr 2025-ci il tarixlərində “AccessBank”ın baş ofisində keçiriləcək və bankın rəsmi instaqram, feysbuk və yutub hesablarında canlı yayımlanacaq.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-si bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:  http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.