Florida ştatında üzgüçülük paltarında olan naməlum şəxs suyun üzərindəki Disney Springs restoranını qarət edərək 10 min dollar pul qazanıb, Unilad yazır.
Polisin məlumatına görə, tamamilə qara geyinmiş və eynək taxan kişi gecə yarısından dərhal sonra müdirin kabinetinə daxil olub. O, işçilərə diz çöküb gözlərini yummağı əmr edib, bundan sonra iki dəqiqə keçməmiş kassadan pul götürərək binanı tərk edib. Onun əlində silah olmayıb, lakin müşahidə kameralarının görüntülərindən görünür ki, hücum edən şəxs əlində naməlum əşya olub.
Müstəntiqlər hesab edirlər ki, hücum edən şəxs binanı içəri girdiyi şəkildə – göl boyu tərk edib. Hadisə nəticəsində restoran işçilərindən heç kim xəsarət almayıb. 12 saat ərzində müəssisə fəaliyyətini bərpa edib və qapılarını qonaqların üzünə açıb.
Qeyd olunur ki, oğurluqdan bir ay əvvəl restoran təhlükəsizlik tədbirlərinin genişləndirilməsi barədə məlumat verib: indi bütün ziyarətçilərdən metal detektorlardan və baqaj çekindən istifadə etməklə axtarış aparılmalıdır.