“Addım – addım Vətən” adlı düşərgənin qeydiyyatına start verilibbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Binqədi Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Addım – addım Vətən” adlı düşərgə layihəsinə start verilib.
Layihənin məqsədi böyük gənclik kütləsinə sahib olan Nərimanov, Binəqədi və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasıdır.
Qeyd etmək istərdik ki, layihənin əsas mərhələsi 2021-ci ilin noyabr-dekabr aylarında Nərimanov rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində keçiriləcək.
Düşərgədə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunmuş linkdən 09 noyabr 2021-ci il tarixədək qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/11JVJBXujtoEU1TmCWi6Vc0Sckv2nWhnTSU3gbtnqrGI/edit