Adil Əliyevin səlahiyyətlərinə xitam verilibbackend

Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

İctimai.az xəbər verir ki, məsələ MSK-nın iclasında müzakirə zamanı yekdillikdə qəbul edilib.

Qərar qəbul edildiyi və dərc olunduğu gündən qüvvəyə minir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 8 iyul tarixli Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.