Bild qəzetinin məlumatına görə, siyasətçi Adolf Hitler Uunon Namibiyanın Ompundja rayonunda keçirilən regional seçkilərdə yenidən namizədliyini irəli sürmək qərarına gəlib.
Nəşrdə qeyd olunur ki, Hitler 2004-cü ildən bəri rayon qubernatoru vəzifəsində çalışır və 2020-ci ildə səslərin təxminən 85%-ni toplayaraq yenidən seçilib.
Bild qəzetinin məlumatına görə, siyasətçiyə qarşı təzyiq son zamanlar regionda infrastrukturun inkişaf etməməsindən şikayət edən yerli sakinlər tərəfindən artıb. Ompundja sakini Hitlerin işinə kifayət qədər vaxt ayırmadığını iddia edir.














