Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.
İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY)məlumat yayıb.
Bildirilib ki, qrafikdəki dəyişikliyə səbəb ADY tərəfindən dəmir yollarında aparılan təmir işləridir.
Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.