Türkiyənin cənub-şərqində 20.000-dən çox insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələdən sonra 2000-dən çox yeraltı təkan baş verib və davam edir.
İctimai.az Milliyet-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Riskin Azaldılması İdarəsinin (AFAD) baş direktoru Orxan Tatar brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu afterşokların böyük əksəriyyəti 4 baldan yuxarı olub.
Mənbə: Milliyet
İctimai.az
