Afət Fərmanqızının əri ölümlə hədələməyə görə SAXLANILDIbackend

Müğənni Afət Fərmanqızının həyat yoldaşının polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.

M.Nanacanov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

M.Nanacanov barəsində həbs qəti-imkan tədbiri seçiləcəyi gözlənilir.