AFFA-dan rəsmi şəxsi təhqir edən baş məşqçi ilə bağlı QƏRARbackend

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan xəbərə görə, Azərbaycan Premyer Liqasında iştirak edən 7 klub müxtəlif səbəblərdən cəzalandırılıb.

Azərbaycan Premyer Liqası XIII turunun “Turan Tovuz” – “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

“Şamaxı” klubunun qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə “Şamaxı” klubu 4000 manat cərimə edilib, Anar Niftəliyev 5 oyunluq kənarlaşdırılıb.

Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hər iki klub 800 manat cərimə edilib.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilib.

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə “Sumqayıt” klubu 4000 manat cərimə edilib və Samir Abasov 5 oyunluq kənarlaşdırılıb.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilib.