AFFA şübhəli oyunla bağlı araşdırmaya başlayırbackend

AFFA rəhbərliyi Azərbaycan I Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Şimal” (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır.

Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Səbail” dörd qolu cəmi 17 dəqiqə ərzində buraxıb.

Məsələ AFFA-nın müvafiq qurumları tərəfindən nəzarətə götürülüb, oyunun detalları araşdırılacaq.