Athena adlı Nova-C kosmik gəmisi Ayın səthinə endi, lakin əməliyyat səhv gedə bilərdi.
Bu barədə Intuitive Machines-in baş direktoru Stiv Altemusa istinadən CNN məlumat yayıb.
“Deməliyəm ki, biz hələ Ayın səthində düzgün mövqedə olduğumuzu düşünmürük… Aparatın harada və hansı mövqedə olduğunu dəqiq söyləmək üçün hələlik bütün məlumatım yoxdur. Biz indi fotoşəkilləri toplayırıq və onları Yerə ötürürük”, – deyə baş direktor bildirib.
Altemus əlavə edib ki, qurğu Ayın səthindədir. Yaxın günlərdə şirkət Athena-nın mövqeyinin görüntülərini alacaq və onun statusu ilə bağlı məlumatları təsdiqləyəcək.