Avstraliya, Ermənistan, Sinqapur, Tayvan, Ukrayna, Filippin və Yaponiya İsveçdə çöl donuzları arasında Afrika taunu yayıldığı üçün İsveç donuz ətinin idxalına qadağa qoyub, RİA Novosti Agence France-Presse-ə (AFP) istinadən xəbər verir. .
İsveç Ət Sənayesi Assosiasiyası agentliyə bildirib ki, “Bir sıra ölkələr Skandinaviya ölkəsində çöl donuzları arasında Afrika taunu yayılandan sonra İsveç donuz əti idxalını əngəlləyib”.
Qeyd olunur ki, sentyabrın 6-da Stokholmdan 145 kilometr şimal-qərbdə bir neçə çöl donuzunun cəsədlərində Afrika taunu aşkar edilib. Təbii ərazilərdə, yoluxmuş çöl donuzlarının tapıldığı ərazinin ətrafındakı 1000 kvadrat kilometr ərazidə səlahiyyətlilər insanların girişini məhdudlaşdırdı. Ancaq bu xəstəlik insanlar üçün təhlükəli deyil.
Mənbə: Haber Global

