Afrikada beş nəfər yeni yoluxucu xəstəlikdən dünyasını dəyişibbackend

Mvanançinin sözlərinə görə, naməlum yoluxucu xəstəliyə yoluxan yeddi nəfərdən beşi Tanzaniyada dünyasını dəyişib.

Martın 16-da Kagera bölgəsində 5 nəfərin naməlum infeksiyaya yoluxaraq öldüyü bildirildi.

Ölkənin baş həkimi bildirib ki, xəstələrin əlamətləri arasında qızdırma, qusma, bədəndə qanaxma və hətta böyrək çatışmazlığı var.

Həkimlər bunun həqiqətən bir infeksiya olduğuna tam əmin deyillər, lakin xəstəliyin inkişaf tendensiyası bu seçimi daha çox göstərir.

Mənbə: Haberler.com

İctimai.az