Afrikada neft sızması baş veribbackend

Yerli Dəniz Ticarət və Təhlükəsizliyi Agentliyinin (NIMASA) sözçüsü Edvard Osaji bildirib ki, neft sızması Niger Deltası bölgəsində Shell neft-qaz şirkətinin terminalında baş verib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Nəşr qeyd edir ki, insident Nigeriyanın Rivers əyalətində boru xəttinin qopması səbəbindən baş verib.

Osaji vurğulayıb ki, Shell tez bir zamanda boru kəmərini bağlayıb və yaxınlıqdakı icmaları qorumaq üçün maneələr quraşdırıb.

Sözçü əlavə edib ki, agentlik hazırda dağılmanın miqyasını qiymətləndirmək və sonrakı tədbirləri hazırlamaq üçün neft-qaz şirkəti ilə işləyir.