Afrikada piton heyrətə gələn turistlərin gözü qarşısında nəhəng antilopu udubbackend

Tanzaniyada bir qrup turist antilopu bütöv udan nəhəng piton görüb.

Bu barədə Need To Know xəbər verir.

Sürünən Serengeti parkında aşkar edilib. O, yavaş-yavaş yerlə sürünərək bir qrup turistin yanından keçdi.

Bələdçi Amos Elizante Kimaro tapılan ilanın heroqlif piton olduğunu izah etdi. Bu növ böyük yırtıcıları sakitcə yemək üçün çənələrini kifayət qədər aça bilir.

Kimaro, “Belə bir yeməkdən sonra həftələrlə, hətta aylarla yeməksiz qala bilərlər” dedi.