Afrika ölkələri Rusiya ilə texnoloji tərəfdaşlığa ümid edir. RİA Novosti yazır ki, bunu Rusiyadakı Afrika Biznes Klubunun təsisçisi, Kamerun diasporunun rəhbəri Lui Quend deyib.
Sahibkar bildirib ki, Afrika inkişafa təkan vermədiyi üçün tamamilə pulsuz yardıma ehtiyac yoxdur. Bu, bərabərhüquqlu tərəfdaşlıqdan gedir.
“Ən azı bu gün iqtisadi baxımdan tamamilə əsassız olan belə bir köməyə ehtiyacımız yoxdur”, – deyə o bildirib.
Mənbə: RİA Novosti